Yığmamız Avropa kubokunu 2 medalla başa vurub

Xəbərlər
10 Noyabr 2024 21:24
138
Yığmamız Avropa kubokunu 2 medalla başa vurub

Noyabrın 9-10-da Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması turniri iki medalla başa vurub.

Yarışın 2-ci günündə Canpolad Əliyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.

Avropa kubokunun ilk günündə Bayram Orucov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Qedy edək ki, turnirdə 29 ölkədən 614 idmançı iştirak edib.

İdman.biz