Avropa çempionatı: İlk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc - FOTO

Xəbərlər
15 Noyabr 2024 20:28
165
Avropa çempionatı: İlk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc - FOTO

Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbayca yığması 4 medal qazanıb.

Komandamızın heyətində 9 idmançısı medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq) tatamiyə çıxıblar. Onlardan ikisi finala yüksəlib. Fidan həlledici görüşdə Nino Loladzeyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Amma Aydan Vəliyeva eyni uğuru təkrarlaya bilməyib. Cüdoçumuz Ayumi Leyva Sançesə (İspaniya) uduzub.

Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) güclərini sınayıblar. Hüseyn bütün rəqiblərinə qalib gələrək Avropa çempionatında ən yüksək nəticəyə imza atıb. Allahyarov finalda yerli cüdoçu Yakub Kurovskiyə qalib gəlib.

Rüfət Şövlətov (73 kq) bürünc uğrunda güləşib. O, Dimitar Qospadinova (Bolqarıstan) qalib gələrək, 3-cü yeri tutub.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

İdman.biz