Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində

Xəbərlər
24 Noyabr 2024 19:35
164
Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində

Yunanıstanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər.

Oğlanlar arasında Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa kubokuna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq), Tunar Fərzəliyev (+90 kq) isə bürünc medalla kifayətlənib.

Turnirin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Qeyd edək ki, yığmamız Avropa Kubokuna 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılıb.

İdman.biz