Bu gün cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, komanda yarışları keçirilib.
Yarışda qadınlar arasında 7 komanda 5 çəkidə - 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq dərəcələrində mübarizə aparıb. Finalda "Neftçi" və "Şuşa" cüdoçuları qarşılaşıblar. Gərgin mübarizənin yekununda "Neftçi" 3:2 hesabı ilə qalib gələrək, qızıl medallara sahib olub.
Kişilər arasında isə 9 komanda kubok uğrunda qüvvəsini sınayıb. Onlar 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində tatamiyə çıxıblar. Qızıl uğrunda "Cüdo klubu 2012" və "Atilla" yarışıblar. Daha güclü olan birincilər Azərbaycan çempionu tituluna yiyələniblər.
Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və vitse-prezident Elnur Məmmədli təqdim ediblər.
Qeyd edək ki, çempionatın ilk iki günündə şəxsi yarışlarda qaliblər müəyyənləşib.
İdman.biz