Azərbaycan milli komandasının cüdoçuları Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) komanda yarışında Türkiyə Superliqasının bürünc mükafatçısı olublar.
İdman.biz xəbər verir ki, Ankarada keçirilən yarışda Fətiyev və Kokauri "İzmir Büyükşehir Belediyesi"nin heyətində çıxış ediblər.
Superliqada ümumilikdə 16 komanda iştirak edib.
İdman.biz