Olimpiya çempionu Hidayət Heydərov (73 kq) ən azı ilin sonuna kimi bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinq xallarının sayına görə birinci olacaq.
İdman.biz xəbər verir ki, dünya reytinq cədvəlinin lideri olan azərbaycanlı idmançının hesabında 8004 xal var.
Əgər olimpiadadan sonra onun göstəricisi 10004 xal idisə, sonra reytinq müəyyən dəyişikliklərə məruz qalıb və əvvəlki nəticələr zamanla öz reytinq dəyərini itirib. Bu bütün idmançılara aiddir.
Qeyd edək ki, məhz həmin səbəbdən digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) ikinci yerdən üçüncüyə düşüb. Onun hesabında 7012 xal var.
Onu 7335 xalı olan gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) geridə qoyub.
İdman.biz