Teddy Riner: "Los-Anceles haqqında heç bir şübhəm yoxdur"

Xəbərlər
17 Dekabr 2024 17:45
153
Teddy Riner: "Los-Anceles haqqında heç bir şübhəm yoxdur"

Cüdo üzrə beşqat olimpiya çempionu Teddi Riner Los-Ancelesdə keçiriləcək növbəti Yay Oyunlarına qədər karyerasını davam etdirməyə hazırdır.

İdman.biz-in məlumatına görə, əfsanəvi idmançı fevralın 1-2-də Parisdə keçiriləcək Böyük Dəbilqə turniri üçün Fransa yığmasının iştirak ərizəsində yer alıb.

Bu barədə Fransa Cüdo Federasiyası məlumat yayıb.

Paris Olimpiadasında Riner ağır çəki dərəcəsində (+100 kq) üçüncü fərdi Olimpiya titulunu və ikinci komanda qızılını qazanıb.

“2028-ci ilə heç bir şübhəm yoxdur, özümü yaxşı hiss edirəm və heç vaxt bu qədər təzə olmamışdım. Və daha bir neçə titul almadan cüdo dünyasını tərk etməyəcəyəm”, - Riner Le Parisien-ə deyib.

İdman.biz

Məqalədə: