Sabah Monpelyedə start götürəcək cüdo üzrə Çempionlar Liqası Azərbaycan idmançılarının iştirakı olmadan keçiriləcək.
İdman.biz xəbər verir ki, əvvəl Uşanqi Kokauri (+100 kq) Türkiyənin "İzmir Büyükşehir Belediyesi" klubunun heyətində yer almışdı.
Lakin yarışın tarixi millinin məşq toplanışına uyğun olmadığı üçün onun iştirakı alınmayıb.
Beləliklə, bu mövsüm Azərbaycan cüdoçularının beynəlxalq arenada çıxışları rəsmən başa çatıb.
İdman.biz