Fransa Cüdo Federasiyası 2025-ci il fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə”nin posterini təqdim edib.
İdman.biz xəbər verir ki, gələn ilin ilk reytinq yarışı “Qəhrəmanların qayıdışı” şüarı ilə keçiriləcək.
Bu, tatami sahiblərinin 1 qızıl, 2 gümüş və 6 bürünc medal qazandığı, həmçinin qarışıq komanda yarışında qalib gəldiyi Paris Olimpiadasından sonra yenidən Fransa paytaxtında çıxış edəcəklərinə işarədir.
Afişada beşqat Olimpiya çempionu Teddi Riner, olimpiadanın ikiqat mükafatçısı Romane Diko, Olimpiya finalçısı Joan-Benjamin Qaba və Paris-2024-ün bürünc mükafatçısı Şirin Bukli yer alıb.
Qeyd edək ki, Azərbaycan komandasının da iştirak edəcəyi Parisdəki “Böyük Dəbilqə” yeni qaydalarla keçiriləcək ilk turnir olacaq.
İdman.biz