Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün nəzəri və praktiki dərslər keçirilir.
İdman.biz xəbər verir ki, dərslər müvafiq cədvələ uyğun olaraq təşkil olunur və hazırda proqramda 62 tələbə iştirak edir.
Məşğələlər professor Mayk Kallenin rəhbərliyi ilə yanaşı, dəvət edilmiş xarici və yerli ekspertlər tərəfindən tədris olunur.
Proqram çərçivəsində Əməkdar məşqçi Tərlan Həsənov tələbələrə Azərbaycan cüdosunun tarixi və inkişaf mərhələləri haqqında məlumat verib.
İdman.biz