Monpelyedə keçirilən cüdo üzrə ilin son yarışı - Çempionlar Liqası başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokauri (+100 kq) qarışıq komanda yarışında gücünü sınayıb.
Üçqat olimpiya iştirakçısı bürünc medal qazanaraq Gürcüstanın “Zolotoy Qori” klubunun heyətində fəxri kürsüyə qalxıb.
Beşqat Olimpiya çempionu Teddi Rinerin rəhbərlik etdiyi PSJ yarışın çempionu olub.
İdman.biz