Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
İdman.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Dekabrın 20-22-də keçirilən yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 798 cüdoçu güclərini sınayıb.
Yarışın sonuncu günü qızlar və oğlanlar arasında 4 çəkidə 98 cüdoçu medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq. və +70 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Cüdo Klub 2012, 3-cü yerə isə Çempion 74 İdman Klubu layiq görülüb. 18 komanda müxtəlif əyarlı medal qazanıb.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Sonuncu yarış gününün medalçıları:
Oğlanlar
73 kq
1. Məhəmməd Ağakişiyev (Cüdo Klub 2012)
2. Səid Şərifov (Cüdo Klub 2012)
3. Ayxan Həsənli (Cüdo Klub 2012)
3. Yusif Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)
+90 kq
1. Tunar Fərzəliyev (Cüdo Klub 2012)
2. Cavidan Məsimov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Tahir Əfəndiyev (Cüdo Klub 2012)
3. Həzrət Əliyev (Turan İdman Klubu)
Qızlar
44 kq
1. Xədicə Abdullayeva (Çempion 74 İdman Klubu)
2. Nəzrin Canbaxışlı (Balaxanı İdman Mərkəzi)
3. Xədicə Yaqublu (Neftçi İdman Klubu)
3. Zeynəb Seyidzadə (Respublika Kompleks İdman Məktəbi)
+70 kq.
1. Aysu Quliyeva (Cüdo Klub 2012)
2. Zemfira Əliyeva (Bakı şəhəri nömrəli RİOEUGİM)
3. Nərgiz Vəlizadə (Cüdo Klub 2012)
İdman.biz