Elcan Hacıyev (90 kq) bu il qazanılan mükafatların sayına görə Azərbaycan cüdoçuları arasında lider olub.
İdman.biz xəbər verir ki, o, bu mövsüm 5 yarışda fərqlənib.
Hacıyev Portuqaliya Qran-Prisində bürünclə başlayıb, sonra Paris və Tbilisidə keçirilən "Böyük Dəbilqə"lərdə ikinci olub, Zaqrebdə Avropa çempionluğunu qazanıb, Astanada keçirilən "Böyük Dəbilqə"də də ilk "üçlüy"ə daxil olub.
Mükafatların əyarını nəzərə alsaq, bu baxımdan Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının, eləcə də Bakıda “Böyük Dəbilqə”nin qalibi olmuş Hidayət Heydərova (73 kq) çatan yoxdur.
İdman.biz