Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) beynəlxalq arenada qələbə seriyası davam edir.
İdman.biz xəbər verir ki, Parisdə arzuladığı titulu qazanan azərbaycanlı cüdoçu ili məğlubiyyətsiz başa vurur.
Onun uğurlu seriyasına 4 yarışda 21 döyüş daxildir. Hidayətin sonuncu dəfə ötən ilin dekabrında Avropa açıq çempionatının 1/4 finalında Akil Qjakova (Kosovo) uduzub.
Yeri gəlmişkən, Heydərov Abu-Dabidə keçirilən dünya çempionatında elə ilk döyüşündə, sonra həm də olimpiadada ondan məğlubiyyətin əvəzini çıxa bilib.
Qeyd edək ki, Heydərov bu il Bakıda keçirilən “Böyük Dəbilqə”nin, həmçinin dünya və Avropa çempionatlarının qalibi olub.
İdman.biz