“2024-cü il Avropa cüdosu üçün olduqca uğurlu olub”.
İdman.biz xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot milli federasiyalara Yeni il müraciətində deyib.
O, başa çatmaqda olan ildə əldə edilən nailiyyətlərdən və planların icrasından danışıb: “Biz Paris Olimpiadasındakı medalçılarımızın zəfərini qeyd etməklə yanaşı, həm də uyğunlaşdırılmış cüdo və U-15 Ümid kubokunun tətbiqi ilə cüdo ailəmizi genişləndirməkdən qürur duyuruq".
EJU prezidenti bildirib ki, bu il Avropa Cüdo İttifaqı təhsilin vacibliyini ifadə edib: "Kodokan" ilə əməkdaşlığımız sayəsində deyə bilərik ki, biz qurucularımızın əqidəsinə uyğun yaşayırıq. Ciqaro Kanonun dediyi kimi: "Uzaqgörən insanlar qələbəyə və ya məğlubiyyətə əhəmiyyət verməməlidirlər." Bu inamı və mənəvi gücü cüdoçularımıza aşılamaqla ümid edirik ki, onlar dünənkindən daha yaxşı olmağa çalışmağın vacibliyini görəcəklər.
Bu, bizim ümidimiz dəyərlərimizi gələcək nəsillərə çatdırmaqdır. İlin bu vaxtı həm idmanda, həm də gündəlik həyatımızda bir-birimizə sevinc bəxş etmək məqsədi ilə atdığımız addımları bir daha düşünmə dövrüdür. Həm də cüdo idmandan daha artıqdır”.
İdman.biz