Fransanın cüdo komandası dünya təqvimində yeni ilin ilk yarışı - öz ölkələrində keçiriləcək "Böyük Dəbilqə" üçün heyətini açıqlayıb.
İdman.biz xəbər verir ki, tatami sahiblərinin siyahısında hazırda 37 idmançı yer alıb.
Onların arasında Olimpiya mükafatçıları Luka Mxeidze (60 kq), Joan-Benjamin Qaba (73 kq), Maksim-Qael Nqayap (90 kq) və Roman Diko (+78 kq) var. Beşqat Olimpiya çempionu Teddi Rinerin (+100 kq) də heyətə qoşulması istisna edilmir.
Qeyd edək ki, Parisdə fevralın 1-2-də keçiriləcək "Böyük Dəbilqə"də ilk dəfə olaraq yeni qaydalar tətbiq ediləcək.
İdman.biz