İştirakçı komandalar gələn il cüdoda ilk beynəlxalq yarış - Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirinə qeydiyyatdan keçməyə başlayırlar.
İdman.biz xəbər verir ki, fevralın 1-2-də Fransanın paytaxtında təşkil ediləcək yarışa artıq 16 ölkə qatılmaq niyyətini bildirib. Onların arasında Kanada, Monqolustan, Serbiya, İspaniya, ABŞ, Ukrayna, Finlandiya da var.
Hazırda Monqolustan 25 nəfərlə ikinci ən böyük heyətə malikdir.
Fransızlar isə ev sahibi olduqları turnirə 37 cüdoçu ilə qatılmaq niyyətindədirlər.
İdman.biz