Son 15 gün - ən yaxşılar müəyyənləşəcək

Xəbərlər
26 Dekabr 2024 13:16
40
Son 15 gün - ən yaxşılar müəyyənləşəcək

Dünya cüdosunda nominasiyalar üzrə ilin ən yaxşılarının müəyyənləşməsinə 15 gün qalıb.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) səsvermə yolu ilə müxtəlif nominasiyalar üzrə sorğu keçirir.

Ən yaxşıların müəyyənləşdirilməsi prosesi dekabrın 10-da başlayıb və yanvarın 10-dək davam edəcək.

Olimpiya və dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ilin cüdoçusu adı uğrunda mübarizə aparırlar. Azərbaycan idmançıları səsvermədə Hifume Abe, Takanori Naqase (hər ikisi Yaponiya), Teddi Riner (Fransa), Laşa Bekauri (Gürcüstan) və Eldos Smetov (Qazaxıstan) ilə mübarizə aparırlar.

Azərbaycan daha dörd nominasiya üzrə səsvermədə təmsil olunur. “İlin məşqçisi” adına namizədlər arasında kişilərdən ibarət komandanın məşqçisi Rixard Trautman da yer alıb. Yeniyetmələr arasında dünya çempionu Nihad Məmişov “Parlamaqda olan ulduz” nominasiyasında namizəddir. "İlin İpponu” üçün səsvermədə isə Turan Bayramov və Zelim Tskayevin fəndləri də var.

“Uşaqlar üçün cüdo” nominasiyasında namizədlər arasında Azərbaycan Cüdo Federasiyasının “Uyğunlaşan cüdo” layihəsi yer alıb.

Dünya cüdosunda ilin qalibləri mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə”də alacaqlar.

İdman.biz