Azərbaycanın 4 cüdoçusu 2025-ci ildə yarışlara səpələnmiş kimi başlayacaq.
İdman.biz xəbər verir ki, turnirlərdə çəki dərəcələri üzrə reytinqə görə ən güclü 8 idmançı səpələnmiş olur.
Bunun sayəsində püşkatma zamanı favoritlər ilk döyüşdə aşağı reytinqli rəqiblərlə qarşılaşa və bəzən yarışa sonrakı mərhələdən qoşula bilirlər.
Keçən ilin yekun reytinqindən çıxış etsək, 4 cüdoçumuz növbəti turnirlərdə səpələnmiş ola bilər. Bunlar Olimpiya çempionları Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq), həmçinin reytinqdə 6-cı yerdə olan Elcan Hacıyev (90 kq) və 8-ci pillədə qərarlaşan Zelim Tskayevdir (81 kq).
İdman.biz