Gələn il cüdo yarışlarında bu qaydalar dəyişməyəcək

Xəbərlər
28 Dekabr 2024 15:23
135
Gələn il cüdo yarışlarında bu qaydalar dəyişməyəcək

Cüdo üzrə beynəlxalq yarışlarda reytinq xallarının verilməsi qaydası yeni ildə də dəyişməz qalacaq.

İdman.biz xəbər verir ki, bir yarışı Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirlərində çempionlar 1000 xal qazanacaqlar.

Gümüş medalçılar 700, bürünc mükafatçılar 500 xala sahib olacaqlar.

Eyni zamanda, dünya çempionatında qaliblər 2000 xal əldə edəcəklər. Finalçılar 1400, 3-cü yerlərin sahiblləri isə aktivlərinə 1000 xal əlavə edəcəklər.

İdman.biz

Məqalədə: