Kosovolu Olimpiya çempionu Bakıya gələcək

Xəbərlər
30 Dekabr 2024 14:13
69
Kosovolu Olimpiya çempionu Bakıya gələcək

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin təşkilatçıları iştirak edəcək ölkələrdən ilk müraciətlərin qəbuluna başlayıb.

İdman.biz xəbər verir ki, Kanadadan sonra Kosovo millisi də fevralın 14-16-da Milli Gimnastika Arenasında baş tutacaq yarışa gəlmək niyyətindədir.

Kosovoluların ilkin heyətinə 4 idmançı daxildir: Olimpiya çempionu Distria Krasnigi (52 kq), dünya çempionatının bürünc mükafatçısı Laura Fazliu (63 kq), həmçinin Erza Muminoviq (52 kq) və Flaka Loxa (57 kq).

İdman.biz

Məqalədə: