Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirakla bağlı ilk müraciətlər daxil olmağa başlayıb.
İdman.biz xəbər verir ki, Kanada və Kosovonun ardınca ABŞ komandası da fevralın 14-16-da Milli Gimnastika Arenasında təşkil ediləcək reytinq yarışına gəlmək niyyətindədir.
Düzdür, amerikalıların ilkin heyətinə yalnız bir idmançı daxil edilib: yeniyetmələr arasında dünya çempionatının ikiqat mükafatçısı və olimpiya iştirakçısı Cek Yonezuka (73 kq).
Zamanla ABŞ komandasının tərkibi genişləndirilə bilər.
İdman.biz