Cüdo üzrə beşqat Olimpiya çempionu Teddi Riner yaxın aylarda tatamidən uzaq qalacaq.
İdman.biz xəbər verir ki, əfsanəvi idmançı sağ dirsəyindən əməliyyat olunub və indi bərpa kursu keçəcək.
Böyük ehtimalla Riner fevralda Paris və Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirlərində iştirak edə bilməyəcək.
O, Paris-2024 Yay Olimpiadasında ağır çəkidə (+100 kq) üçüncü fərdi Olimpiya titulunu və ikinci komanda çempionluğunu qazanıb. Sonra Los-Ancelesdə keçiriləcək növbəti olimpiadaya kimi karyerasını davam etdirəcəyini bildirib.
İdman.biz