Cüdo üzrə ilin ilk turniri - Parisdə keçiriləcək "Böyük Dəbilqə"də iştirakçı komandaların qeydiyyatı davam edir.
İdman.biz xəbər verir ki, fevralın 1-2-də Fransanın paytaxtında baş tutacaq yarışda artıq 25 ölkənin qatılacağı dəqiqləşib.
Onların arasında Kanada, Cənubi Koreya, Niderland, Monqolustan, Serbiya, İspaniya, ABŞ, Ukrayna və Finlandiya da var. Koreyalılar 26 iştirakçı ilə 2-ci ən böyük heyətə sahibdirlər.
Qeyd edək ki, fransızlar ev turnirinə 55 cüdoçu ilə qatılacaq.
İdman.biz