Azərbaycanlı cüdoçu "Yüksələn Ulduz"a namizəddir

Xəbərlər
6 Yanvar 2025 18:21
144
Azərbaycanlı cüdoçu "Yüksələn Ulduz"a namizəddir

Beynəlxalq Cüdo Federasiyası "Yüksələn Ulduz" adına namizədlər haqqında videoçarx hazırlayıb.

İdman.biz xəbər verir ki, nominantlar arasında Azərbaycan cüdoçusu Nihad Məmişov da yer alıb.

Təmsilçimiz 2024-cü ildə Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatının qalibi olub.

Yanvarın 10-da başa çatacaq səsvermənin nəticələrindən sonra uğur qazanan cüdoçunun adı açıqlanacaq.

İdman.biz