Hidayət Heydərovla Zelim Kotsoyev Şohey Ono ilə hazırlıqda

Xəbərlər
7 Yanvar 2025 10:58
65
Hidayət Heydərovla Zelim Kotsoyev Şohey Ono ilə hazırlıqda

Cüdo üzrə Azərbaycan millisi bu il ilk beynəlxalq təlim-məşq toplanışına başlayır.

İdman.biz xəbər verir ki, bu gün Avstriyanın Mittersiel şəhərində Avropa Cüdo İttifaqının (EJU) məşq düşərgəsi açılır.

Toplanışda bir çox ulduzlar, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) iştirak edəcəklər. Azərbaycanın aparıcı cüdoçuları komanda yoldaşları ilə birlikdə yanvarın 15-dək Mittersilldə yeni mövsümə hazırlaşacaqlar.

Təlim-məşq toplanışında Fransa, İsveç, Belçika, Kosovo və digər ölkələrin komandaları da iştirak edəcək.

Hazırlıqda məşqçi karyerasına başlayan yaponiyalı ikiqat olimpiya çempionu Şohey Ononun da iştirakı gözlənilir.

İdman.biz