Olimpiya çempionları Hidayət Qeydərov, Zelim Kotsoyev və digər idmançılarımız Avropa Cüdo İttifaqının (EJU) Avstriyadakı hazırlıq düşərgəsində məşq edirlər.
İdman.biz xəbər verir ki, onlar gündə iki dəfə əcnəbi cüdoçularla məşq və sparrinq keçirirlər.
Cüdo üzrə Azərbaycan millisinin Mittersilldəki təlim-məşq toplanışından hazırlanmış fotoreportajla tanış edirik.
İdman.biz