Avstraliyanın cüdo millisi fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.
İdman.biz xəbər verir ki, ölkəmizdəki yarışda yeddi avstraliyalı idmançı mübarizə aparacaq.
Avstraliya komandasının heyəti: Cordan Qrinbank (73 kq), Rayan Keniq (81 kq), Denni Voynikoviç (90 kq), Tinka İston (57 kq), Aoife Kuqlan, Saya Middlton (hər ikisi - 70 kq) və Mariya Svan (78 kq).
Qeyd edək ki, avstraliyalı cüdoçuların bəzisi əvvəllər də Bakıda keçirilən "Böyük Dəbilqə" yarışına qatılıb: məsələn, Svan 2023-cü ildə turnirin ilk mərhələsində məğlub olub.
İdman.biz