Cüdoçularımız Avstriyada hazırlıqlarının ikinci həftəsinə başlayıblar

Xəbərlər
13 Yanvar 2025 13:14
57
Cüdoçularımız Avstriyada hazırlıqlarının ikinci həftəsinə başlayıblar

Avropa Cüdo İttifaqının (EJU) Avstriyada təşkil etdiyi təlim-məşq toplanışı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdo yığması Mittersill şəhərində yeni mövsümə hazırlıqlarının ikinci həftəsinə başlayıb.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoev (100 kq) da daxil olmaqla, bir sıra ulduz cüdoçuların məşqləri yanvarın 15-dək davam edəcək.

Qeyd edək ki, toplanışda Fransa, İsveç, Belçika, Finlandiya, Niderland və digər ölkələrin komandaları da iştirak edir.

İdman.biz