Azərbaycanın "Böyük Dəbilqə" üçün heyəti müəyyənləşib

Xəbərlər
15 Yanvar 2025 10:11
59
Azərbaycanın "Böyük Dəbilqə" üçün heyəti müəyyənləşib

Cüdo üzrə Azərbaycan millisinin Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, məşqçilər korpusu yarışda 11 idmançını yoxlayacaq.

Parisdə Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Yarışda hələlik 44 ölkə iştirakını təsdiqləyib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

İdman.biz