Cüdo üzrə Azərbaycan millisi yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.
İdman.biz xəbər verir ki, idmançılarımız Avstriyanın Mittersill şəhərində təlim-məşq toplanışında iştirak ediblər.
Olimpiya çempionları Hidayət Heydərov, Zelim Kotsoyev və komanda yoldaşları Avropa Cüdo İttifaqının düşərgəsində həftə ərzində gündə iki dəfə məşq və yoxlama sparrinqləri keçiriblər.
Təlim-məşq toplanışında Niderland, İsveç, Fransa, Çexiya, Sloveniya, İtaliya və bir çox başqa ölkələrin komandaları da iştirak edib.
İdman.biz