Almaniyadan Bakıya 11 cüdoçu gələcək

Xəbərlər
18 Yanvar 2025 13:26
68
Almaniyadan Bakıya 11 cüdoçu gələcək

Cüdo üzrə Almaniya millisinin fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, dünya şöhrətli idmançıların da yer aldığı komandada 11 cüdoçu var.

Heyətdə dünya çempionatının finalçısı Covanna Skoççimarro (70 kq), bürünc mükafatçısı Maşa Ballhaus (52 kq), həmçinin millinin veteranı İqor Vandtke (73 kq) kimi cüdoçuları qeyd etmək olar.

Bakıda həmçinin Maksimilian Hayder (60 kq), Martin Setz (66 kq), Şamil Dzavbatırov, Timo Kavelius (hər ikisi 81 kq), Fabian Kansi (90 kq), Seyja Ballhaus (57 kq), Alina Boem və Anna Olek (hər ikisi 78 kq) mübarizə aparacaq.

İdman.biz

Məqalədə: