Macarıstan cüdosunun ulduzu Bakıya gəlir

Xəbərlər
21 Yanvar 2025 10:55
70
Macarıstan cüdosunun ulduzu Bakıya gəlir

Macarıstanın cüdo millisi fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, komandada yeddi idmançı yer alıb.

Heyətdə gənclər və böyüklər arasında dünya çempionatlarında tam mükafatlar dəstinin sahibi, Tokio olimpiadasının bürünc mükafatçısı Kristian Tot (90 kq) ən təcrübəli cüdoçudur.

O, ötən il Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına kimi irəliləsə də, həmyerlimiz Murad Fətiyevə uduzub.

Macarıstan komandasının heyətində həmçinin Daniel Segedi (73 kq), Attila Unqvari (81 kq), Peter Şafrani (90 kq), Reka Papp, Roza Qvertaş (hər ikisi 52 kq) və Sofi Özbaş (63 kq) da yer alıb.

İdman.biz

Məqalədə: