Bakıdakı "Böyük Dəbilqə"də 27 ölkə iştirakını təsdiqləyib

Xəbərlər
22 Yanvar 2025 12:29
84
Bakıdakı "Böyük Dəbilqə"də 27 ölkə iştirakını təsdiqləyib

Fevralın 14-16-da Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinə iştirakçı komandalardan müraciətlərin sayı artmaqda davam edir.

İdman.biz xəbər verir ki, yarışda 27 ölkədən cüdoçuların iştirak edəcəyi dəqiqləşib.

Reytinqə görə iştirakçılarının siyahısına hazırda 2021-ci ilin dünya çempionu belçikalı Mattias Kasse (81 kq) başçılıq edir.

İdman.biz

Məqalədə: