Cüdoçularımız “Böyük Dəbilqə”də seçilmişlər arasında

Xəbərlər
23 Yanvar 2025 11:17
135
Cüdoçularımız “Böyük Dəbilqə”də seçilmişlər arasında

Fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanın altı cüdoçusu seçilmişlər arasında yer alacaq.

İdman.biz xəbər verir ki, idmançılarımızdan ən yüksək yeri öz çəkisində üçüncü start nömrəsi olan Murad Fətiyev (90 kq) tutacaq.

Həmçinin Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Uşanqi Kokauri (+100 kq) "seçilmişlər" arasındadırlar.

Bu cüdoçular ilk döyüşlərdə reytinqi daha aşağı olan rəqiblərlə qarşılaşa və ya yarışa ikinci mərhələdən başlaya bilərlər.

Qeyd edək ki, turnirdə 11 idmançımız çıxış edəcək. Fransa paytaxtında tatami üzərinə həmçinin Hüseyn Allahyarov (60 kq), Rəşid Elkiyev (66 kq), Vüsal Qələndərzadə (73 kq), Əjdar Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) çıxacaq.

İndiyədək 54 ölkədən komandalar "Böyük Dəbilqə" turnirində iştirakla bağlı müraciət ediblər.

İdman.biz

Məqalədə: