Heydərov və Kotsoyev Paris qəhrəmanlarının VİDEOsunda

Xəbərlər
24 Yanvar 2025 11:29
99
Heydərov və Kotsoyev Paris qəhrəmanlarının VİDEOsunda

Avropa Cüdo İttifaqı (EJU) Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyevin də çəkdirdiyi fotosessiyadan video hazırlayıb.

İdman.biz xəbər verir ki, çəkilişlərə Avstriyanın Mittersill şəhərində təlim-məşq toplanışında olan Paris-2024 olimpiadasının qalib və mükafatçıları cəlb olunublar.

Əcnəbi həmkarları ilə birlikdə kimonoda və Olimpiya medalları ilə şəkil çəkdirən azərbaycanlı çempionlar Heydərov və Kotsoyevin də görüntüləri videoda yer alıb.

İdman.biz