Qazaxıstan cüdoçuları da fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.
İdman.biz xəbər verir ki, komandada üç idmançı - Adilbek Berikulı (66 kq), İslam Toktasın (81 kq) və Kuanış Ratayev (100 kq) yer alıb.
Heyətə digər cüdoçuların da əlavə olunacağı istisna edilmir.
Bakıdakı "Böyük Dəbilqə" yarışına 29 ölkə təmsilçiləri gələcəklərini təsdiqləyiblər.
İdman.biz