"Böyük Dəbilqə"nin 10 qat mükafatçısı Bakıya gəlir

Xəbərlər
25 Yanvar 2025 13:27
119
"Böyük Dəbilqə"nin 10 qat mükafatçısı Bakıya gəlir

Bakıda keçiriləcək "Böyük Dəbilqə” turnirinə Gürcüstan millisindən iştirakla bağlı müraciət daxil olub.

İdman.biz xəbər verir ki, komandanın ilkin heyətində hələlik iki idmançı, o cümlədən qadınlardan ibarət millinin lideri Eteri Liparteliani (57 kq) yer alıb.

O, müxtəlif yaşlarda dörd dəfə Avropa çempionu olub, olimpiadada iştirak edib və "Böyük Dəbilqə"də 10 mükafat qazanıb. Liparteliani Bakıda da iki dəfə fəxri kürsüyə qalxıb: 2023-cü ildə gümüş, keçən il isə bürünc medallar qazanıb.

Heyətə həmçinin Sofio Somxişvili də (+78 kq) daxil edilib.

İdman.biz

Məqalədə: