Sulamanidze Bakıda çıxış edəcək

Xəbərlər
28 Yanvar 2025 16:38
112
Sulamanidze Bakıda çıxış edəcək

Gürcüstanın cüdo millisinin liderlərindən biri İliya Sulamanidze Bakıya gələcək.

İdman.biz xəbər verir ki, 23 yaşlı idmançı fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək "Böyük Dəbilqə" turnirində çıxış edəcək.

Sulamanidze gürcülərin hazırkı heyətində olimpiadada çıxış etmiş yeganə cüdoçu olacaq. O, Paris-2024-də finalda təmsilçimiz Zelim Kotsoyevə uduzaraq gümüş medal qazanıb.

Ümumilikdə Gürcüstanın kişilərdən ibarət komandasına yeddi idmançı daxildir.

Qeyd edək ki, Sulamanidze ötən il Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.

İdman.biz