"Böyük Dəbilqə": Ruslan çempion olub, Rəşid bürünc qazanıb - FOTO

Xəbərlər
1 Fevral 2025 22:13
253
"Böyük Dəbilqə": Ruslan çempion olub, Rəşid bürünc qazanıb - FOTO

Bu gün Parisdə cüdo üzrə “Böyük Dəbilqə”yə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançısı mübarizəyə qoşulub.

60 kq
Əhməd Yusifov 1/8 finalda Kenta Sekimoto (Yaponiya) ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb.

​Hüseyn Allahyarov ilk görüşündə Baxrom Boturovu (Özbəkistan) sınağa çəkib. Qarşılaşma rəqibin qələbəi ilə başa çatıb.

66 kq
Ruslan Paşayev startda Çannyeonq Kimi (Cənubi Koreya), ardınca Murad Çopanovu (İJF) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Valid Xyarla (Fransa) gücünü yoxlayıb. Paşayev bu dueldən qalib ayrılıb. O, finalda digər fransalı Daikii Bouba ilə qüvvəsini sınayıb. Yerli idmançını məğlub edən Ruslan çempion tituluna sahib çıxıb.

Rəşid Yelkiyev Yusuf Nurkoviçlə (Monteneqro) güləşməli olsa da, rəqib yarışdan çəkilib. Bu səbəbdən də cüdoçumuz mərhələ adlayıb. Yelkiyev 1/8 finalda Xerlen Qanboldınla (Monqolustan) münasibətinə aydınlıq gətirib və qələbə qazanıb. Lakin o, 1/4 finalda Vaja Marqvelaşviliyə (Gürcüstan) uduzub.

Yekiyev təsəlliverici görüşdə Taiko Fudzisakanı (Yaponiya) məğlub edib. O, bürünc medal uğrunda komanda yoldaşının qalib gəldiyi Valid Xyarla (Fransa) üz-üzə gəlib. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.

73 kq
Rəşid Məmmədəliyev ilk qarşılaşmasında Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıb. O, 1/8 finalda Mixeil Baxbaxaşvilidən (Gürcüstan) də güclü olub. Cüdoçumuz 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub.

Məmmədəliyev təsəlliverici görüşdə Orlando Kasorlodan (Fransa) güclü olub. O, bürünc medal uğrunda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

Vüsal Qələndərzadə 1/16 finalda Laşa Şavdatuaşvili (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qalib gəldiyindən cüdoçumuz yarışla erkən vidalaşıb.

Qeyd edək ki, yığmamız turnirə 10 cüdoçu ilə yollanıb. "Böyük Dəbilqə"yə sabah yekun vurulacaq.

İdman.biz

Məqalədə: