Azərbaycan Dünya turunda ilk "dördlük"də

Xəbərlər
4 Fevral 2025 17:16
50
Azərbaycan Dünya turunda ilk "dördlük"də

Azərbaycan cüdo üzrə Dünya turunda yeni mövsümə dördüncü yerdən başlayıb.

İdman.biz xəbər verir ki, reytinqdə il ərzində "Böyük Dəbilqə" və Qran Pri turnirlərində və tura daxil olan digər yarışlarda komandaların göstəriciləri nəzərə alınır.

İlk yarış olan Parisdəki "Böyük Dəbilqə" turnirinin nəticələrinə əsasən, cüdoçularımız üç mükafat əldə ediblər. Ruslan Paşayev (66 kq) çempion olub, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medallar qazanıblar.

Fransa liderliyi ələ alıb (3-3-9), daha sonra Yaponiya (3-3-5) və Cənubi Koreya (1-2-0) gəlir.

İdman.biz

Məqalədə: