Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə liderliyini davam etdirir.
İdman.biz xəbər verir ki, dünya reytinq cədvəlinin birincisi olan Azərbaycan idmançısının hesabında 8004 xal var.
Olimpiadadan sonra onun xalı 10004 idisə, əvvəlki nəticələr zaman keçdikcə öz reytinq dəyərini itirdiyindən cədvəl müəyyən dəyişikliklərə məruz qalıb. Özü də bu, demək olar ki, bütün idmançılara aiddir.
İkinci yerdə digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qərarlaşıb. Onun hesabında 6742 xal var.
Üçüncü yerdə 5995 xalla Laşa Bekauri (Gürcüstan) qərarlaşıb.
İdman.biz