Bakıdakı "Böyük Dəbilqə" yarışı - 36 ölkədən 258 cüdoçu

Xəbərlər
13 Fevral 2025 14:17
114
Bakıdakı "Böyük Dəbilqə" yarışı - 36 ölkədən 258 cüdoçu

Sabah Bakıda start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" yarışı ərəfəsində turnirdə iştirak edəcək ölkələrin və iştirakçıların dəqiq sayı müəyyənləşib.

İdman.biz xəbər verir ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək yarışda 36 ölkədən 258 idmançı mübarizə aparacaq.

Kişilərin yarışında 166, qadınların mübarizəsində isə 92 idmançı tatami üzərinə çıxacaq.

Azərbaycan komandası ən böyük heyətə malikdir - turnirdə 32 cüdoçumuz qüvvəsini sınayacaq. Bu göstəriciyə görə Özbəkistan ikinci (21), Yaponiya üçüncüdür (19).

İdman.biz

Məqalədə: