Naqayama - Bakıda ilk, ümumilikdə 12-ci qələbə

Xəbərlər
15 Fevral 2025 12:33
69
Naqayama - Bakıda ilk, ümumilikdə 12-ci qələbə

Yaponiyalı cüdoçu Ryucu Naqayama (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olmaqla əlamətdar nailiyyətə imza atıb.

İdman.biz xəbər verir ki, bu, olimpiadanın bürünc mükafatçısı üçün "Böyük Dəbilqə" yarışlarında 12-ci çempionluq olub.

Üstəlik uğur uzun fasilədən sonra gəlib: Naqayama sonuncu dəfə 2023-cü ilin dekabrında Tokioda "Böyük Dəbilqə"ni qazanmışdı.

Naqayama Bakıda ilk dəfə çempion olsa da, ümumilikdə üçüncü dəfə fəxri kürsüyə qalxıb. O, 2016-cı ildə ölkəmizdə keçirilən "Böyük Dəbilqə"nin gümüş medalını qazanıb, iki il sonra dünya çempionatında isə üçüncü olub.

İdman.biz