Cüdoçularımız Avropa Kubokunun ilk günündə 6 medal qazanıb - FOTO

Xəbərlər
16 Fevral 2025 09:39
93
Cüdoçularımız Avropa Kubokunun ilk günündə 6 medal qazanıb - FOTO

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

İdman.biz xəbər verir ki, cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəkidə İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc medal əldə edib.

55 kq çəkidə final görüşündə iki cüdoçumuz Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq çəkidə mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub.

66 kq çəkidə yarışa qatılan Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Avropa Kuboku fevralın 15-də start götürüb.

İdman.biz