Dünya turunun növbəti dayanacağı - Daşkənd

Xəbərlər
18 Fevral 2025 10:25
68
Dünya turunun növbəti dayanacağı - Daşkənd

Cüdo üzrə Dünya turunun növbəti dayanacağı Daşkənd olacaq.

İdman.biz xəbər verir ki, fevralın 28-dən martın 2-ə kimi Özbəkistan paytaxtında Azərbaycan komandasının da qatılacağı "Böyük Dəbilqə" turniri keçiriləcək.

Heyətə dörd cüdoçu daxildir: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Bakıdakı "Böyük Dəbilqə"nin üçqat qalibi Zelim Tçkayev (81 kq).

Turnirdə hələlik 24 ölkədən komandaların çıxış edəcəyi dəqiqləşib.

İdman.biz