Bakıdakı cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.
İdman.biz xəbər verir ki, fevralın 21-dək Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıqda 14 ölkədən 100-dən çox idmançı iştirak edir.
Toplanışa Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın cüdoçuları qatılıb.
Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.
İdman.biz