“Yeni mövsüm üçün gözəl başlanğıcdır!”
İdman.biz xəbər verir ki, cüdoçu Cessika Klimkeyt (63 kq) Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində qazandığı qələbəni belə şərh edib.
Əvvəllər 57 kq çəki dərəcəsində mübarizə aparan kanadalı idmançı finalda yaponiyalı Minami Aononu məğlub edərək yeni kateqoriyada titul qazanıb: “Yeni il və yeni kateqoriya. Tatamiyə qayıtmaq, fəxri kürsüyə çıxmaq və Bakıda qalib gəlmək xoşdur”.
Qeyd edək ki, Klimkeytin "Böyük Dəbilqə" turnirlərində səkkiz çempionluğu var.
İdman.biz