Bakıdan sonra - "Böyük Dəbilqə"nin daha altı mərhələsi, üç Qran-pri və dünya çempionatı

Xəbərlər
19 Fevral 2025 17:45
74
Bakıdan sonra - "Böyük Dəbilqə"nin daha altı mərhələsi, üç Qran-pri və dünya çempionatı

Ötən həftəsonu Bakıda başa çatan "Böyük Dəbilqə" yarışı bu il cüdo üzrə Dünya turunun ikinci turniri oldu.

İdman.biz xəbər verir ki, qarşıda təqvimdə "Böyük Dəbilqə"nin daha altı mərhələsi, üç Qran-pri, həmçinin Dünya turunun bir hissəsi olan dünya çempionatı var.

Beynəlxalq cüdo təqvimi:

28 fevral - 2 mart. Daşkənddə (Özbəkistan) "Böyük Dəbilqə"

7-9 mart. Linzdə (Avstriya) Qran Prisi

21-23 mart. Tbilisidə (Gürcüstan) "Böyük Dəbilqə"

2-4 may. Düşənbədə (Tacikistan) "Böyük Dəbilqə"

9-11 may. Astanada (Qazaxıstan) "Böyük Dəbilqə"

13-19 iyun. Budapeştdə (Macarıstan) dünya çempionatı

25-27 iyul. Ulan-Batorda (Monqolustan) Qran Pri

17-19 oktyabr. Abu Dabidə (BƏƏ) "Böyük Dəbilqə"

14-16 noyabr. Zaqrebdə (Xorvatiya) Qran Pri

6-7 dekabr. Tokioda (Yaponiya) "Böyük Dəbilqə"

İdman.biz

Məqalədə: