Zelim Tçkayev Daşkəndə gedəcək heyətdən çıxarılıb

Xəbərlər
20 Fevral 2025 09:46
61
Zelim Tçkayev Daşkəndə gedəcək heyətdən çıxarılıb

Cüdo üzrə Azərbaycan millisinin məşqçilər korpusu fevralın 28-dən martın 2-dək Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün komandanın heyətində dəyişiklik edib.

İdman.biz xəbər verir ki, Bakıdakı "Böyük Dəbilqə"nin qalibi olan Zelim Tçkayev (81 kq) ilkin siyahıdan çıxarılıb.

Ölkəmizdəki yarışda uğursuz çıxış edən Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq), həmçinin bu il ilk beynəlxalq yarışına çıxacaq Turan Bayramov (60 kq) Özbəkistan paytaxtına yollanacaqlar.

Turnirə 23 ölkədən 248 cüdoçunun gələcəyi dəqiqləşib.

İdman.biz